Ukrayna hərbçiləri “Challenger” tanklarından istifadəni öyrənir

11:20 30.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniyanın Müdafiə Nazirliyi sosial şəbəkələrdə yazır ki, Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbçiləri “Challenger” tanklarını idarə etməyi öyrənmək üçün Böyük Britaniyaya gəliblər.

“Ukraynalı tankçılar Böyük Britaniyaya təlim keçmək üçün gəliblər . Böyük Britaniya Ukraynaya beynəlxalq səviyyədə dəstəyin gücünü nümayiş etdirərək dünya üzrə tərəfdaş ölkələrlə birlikdə Ukraynaya “Challenger 2” tankları verəcək".

Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Ben Uolles yanvarın ortalarında Ukraynaya “Challenger 2” tanklarının tədarükünü elan edib. Böyük Britaniya martın sonuna qədər Ukraynaya 14 “Challenger 2” tankı göndərmək niyyətindədir.