Ukrayna ilə Rusiya arasında növbəti əsir və girovlar dəyişdirilib

23:50 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna və Rusiya arasında növbəti dəfə əsir və girovların dəyişdirilməsi prosesi həyata keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, Nikolayev rayonunun kənd rəhbəri Oleq Pilipenko və 4 mülki şəxs əsirlikdən azad edilib.

"Mübadilə “4-ə 5", (Rusiyadan dördü, Ukraynadan beşi) düsturuna əsasən icra olunub", - deyə V.Kim bildirib.