Yazını böyüt
Yazını kiçilt
Polşanın baş naziri Mateuş Moravetski İspaniyanın “Mundo” nəşrinin jurnalistlərinin suallarını cavablandırarkən, Ukraynada münaqişənin kəskinləşməsi ehtimalınının üçüncü dünya müharibəsinə səbəb ola biləcəyini etiraf edib.
“Bu müharibənin sonu məhz Rusiya Ukrayna ərazisindən çəkilmək qərarına gələndə gələcək. Ya könüllü, ya da məcburi formada "deyə siyasətçi Morawiecki vurğulayıb.
“Məcburi forma”nın üçüncü dünya müharibəsini nəzərdə tuturmu sualına cavab olaraq siyasətçi deyib: “Biz bütün ssenariləri nəzərə alırıq”.
Moravetski müsahibə zamanı Rusiyanı kağız pələnglə də müqayisə edib.
"Rusiya kağız pələngdir, amma yenə də pələngdir, onu tək tanklarla məğlub etmək olmaz" deyib.