Yazını böyüt
Yazını kiçilt
Ukrayna ordusu yeni uğurları barədə məlumat verilib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri yarım saat ərzində rus işğalçılarının üç helikopterini məhv edib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı Facebook sosial şəbəkəsində yazır ki, helikopterlər yanvarın 24-nə keçən gecə vurulub. Cəmi 30 dəqiqə ərzində Ukraynanın müdafiəçiləri düşmənin üç vertolyotunu vurub.
“2023-cü il yanvarın 24-də səhər saat 00.00-dan 00.30-a qədər yarım saatlıq zenit döyüşü zamanı Rusiyanın 3 Ka-52 hücum helikopteri Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin şərq istiqamətində zenit-raket qüvvələri tərəfindən məhv edilib. ”, - deyə hesabatda bildirilir.