Yazını böyüt
Yazını kiçilt
Krımın Feodosiya şəhər məhkəməsi üç yerli sakini Rusiya Silahlı Qüvvələrini nüfuzdan saldığına görə cərimələyib. Onların hər biri 30 min rubl cərimə ödəyəcək.
Hafta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin “Krım 24” müxbirinə verdiyi məlumata görə, onlar “Odnoklassniki” sosial şəbəkəsindəki səhifələrində Rusiya Silahlı Qüvvələrinin hərəkətləri ilə razılaşmadıqlarını əks etdirən yazılar yerləşdiriblər.
Məhkəmə onları təqsirli bilib və 30 min rubl cərimə kəsib.