Ukraynalı qaçqınların sayı 8 milyonu ötəcək - BMT 

10:38 13.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başladığı ilk gündən indiyədək 6 milyondan çox ukraynalı ölkəsini tərk edib.

 

Hafta.az-ın xəbərinə görə, bu barədə BMT-nin Cenevrə ofisinin yaydığı bəyanatda bildirilib.

 

Son məlumatlara əsasən, digər ölkələrə sığınan ukraynalıların sayı 6 029 705 nəfərdir. Onların 90%-ni qadın və uşaqlar təşkil edir. 18-60 yaş arası kişilərin ölkədən çıxışına icazə verilmir.

 

BMT-nin proqnozlarına görə, ilin sonunadək ukraynalı qaçqın sayı 8 milyon nəfəri ötəcək.