Ukraynanın "Bayraktar" alması üçün 5 MİLYON AVRO YIĞILDI

14:50 29.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Litvalılar 3,5 gündə ukraynalı əsgərlər üçün "Bayraktar" almaq məqsədi ilə 5 milyon avro toplayıb. Aksiyanın təşəbbüskarı jurnalist Andrius Tapinas üç həftə ərzində lazımi məbləği toplamağı planlaşdırırdı.

Hafta.az-ın məlumatına görə, jurnalist qeyd edib ki, pul yığmağa başlamazdan əvvəl Litva və Türkiyənin müdafiə nazirliklərindən razılıq alıb.

Bu barədə Laisves TV xəbər kanalının Facebook səhifəsində məlumat verilib.

"Biz bunu etdik! Yəqin ki, ilk dəfədir ki, bir dövlətin vətəndaşları belə ağır silahları alıb başqa dövlətə bağışlaya bilər. Bayraktarın hesabında artıq 5 milyon avro var. Bu möhtəşəm alışda əməyi keçən hər kəsə təşəkkür edirik! Hər avronuz müharibənin dayandırılmasına töhfə və Ukraynaya kömək əlidir”, - bəyanatda deyilir.

Pul yığımı mayın 25-də elan edilib. Aksiyanın təşəbbüskarı litvalı jurnalist Andrius Tapinasdır. Mayın 28-də pul yığımının yekun yayımı baş tutub. Artıq bu yayım zamanı Tapinas lazımi miqdarda pulun yığıldığını açıqlayıb. Tvitterdə o, aksiyada Litvanın eks-prezidenti Dalia Qribauskaytenin də iştirak etdiyini bildirib.