Ümid edirik ki, birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq - Çavuşoğlu

16:27 29.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ankara ümid edir ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqları zamanı deyib.

O deyib: "Biz görürük ki, Qarabağda atəşkəs rejimi bərqərar edilib. Ümid edirik ki, atəşkəsə nəzarət üzrə Birgə Monitorinq Mərkəzi tez bir zamanda yaradılacaq"