“Uşaq hüquqları haqqında” YENİ QANUN

15:00 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanır”. 

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu gün keçirilən komitə iclasında bildirib.

H.Hüseynova vurğulayıb ki, çox qısa müddətdə bununla rəsmi də tanış olacağıq:

"Bu, çox vacibdir. Uşaqlar cəmiyyətin ən həssas və kövrək təbəqəsidir. Onların hüquqlarının daim üstün tutulması dövlətin əsas prioritetlərindən biridir”.