ÜST tərəfindən TƏBİB-ə 1 milyon ədəd tibbi maska təhvil verilib

10:00 18.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) 1 milyon ədəd tibbi maska təhvil verilib.

Hafta.az-ın xəbərinə görə, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı və TƏBİB-in tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva təhvil-təslim aktını imzalayıblar.

Bundan sonra da müvafiq tərəfdaşlara və yerli qurumlara tibbi maskaların paylanması davam edəcək.