Vardanyanın həbsi XƏBƏRİ YAYILDI

14:04 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün mediada Qarabağdakı qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın Laçın buraxılış məntəqəsindən keçərkən saxlanılması barədə məlumat yayılıb.

Ermənistan mətbuatı onun arvadı Veronika Zonabendlə əlaqə saxlayıb. Ruben Vardanyanın ofisindən bildirilib ki, Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend yaxın vaxtlarda açıqlama verəcək.

O, əri ilə əlaqənin kəsildiyini, həbs xəbərini Azərbaycan mediasında gördüyünü deyib. Başqa təfərrüatları açıqlamayıb.

Siyasət rubrikasından digər xəbərlər