Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı GÜLLƏLƏNDİ

09:05 22.05.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnərək öldürülüb.

Bu barədə "CBS News" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

İnsident yerli vaxtla saat 21:15 radələrində (Bakı vaxtı ilə cümə axşamı 05:15) baş verib.

Telekanalın məlumatına görə, səfrilik əməkdaşları paytaxtdakı Yəhudi Muzeyində keçirilən tədbirdən çıxdıqları zaman atəşə tutulublar.