“Wolverine & Deadpool” dünyanın 1 nömrəli filmidir

11:07 31.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Aktyor Ryan Reynolds “Deadpool & Wolverine”in 438 milyon dollarlıq qlobal açılışını şərh edib.

Hafta.az-ın yazdığına görə, “Green Lantern”in ulduzu xoşbəxtliyini İnstagram hekayəsini paylaşaraq dilə gətirib: “Bunu həzm etmək bir az çətindir. Amma bu həftəsonu filmə baxmağa gedən hər kəsə təşəkkür edirəm”.

Superqəhrəman filmi ilk həftəsonunda Şimali Amerikada 205 milyon dollar gəlir əldə edərək onu açılış həftəsonunda 200 milyon dollardan çox gəlir götürən filmlər siyahısında 8-ci yerə qoyub. Hollivud tarixində yalnız 9 film bu mərhələyə çata bilib.

“Deadpool & Wolverine”, 202 milyon dollar qazanan 2018-ci ildəki “Black Panther”dan, 208 milyon dollar qazanan 2015-ci ildəki “Jurassic World”dan və 207 milyon dollar qazanan 2012-ci ildə çəkilmiş “The Avengers” filmindən aşağıdadır. O, eyni zamanda, 2016-cı ildə 132 milyon dollar gəlir əldə edən seriyanın ilk filmi olan “Deadpool”u geridə qoyaraq, R-reytingli filmlər arasında ən böyük açılışa sahib olub.

Hug Cekmanın da rol aldığı və rejissoru Şon Levinin olduğu film, “Disney”in açılışında 155 milyon dollar qazanan “Pixar” davam filmi “Inside Out 2”ni də geridə qoyub.

“Deadpool” seriyasının üçüncü filmində Reynolds "cəld çənəli muzdlu əsgər" kimi qayıdır və ona 2017-ci ildə Loqan filmində öldürüldüyü iddia edilən Cekmanın saqqallı mutantı qoşulur.

Cekman həmçinin sosial mediada Uolverin personajının "Dünyada 1 nömrəli film" deyən çərçivəli bir fotoşəkilə baxdığı şəklini paylaşdı və təsvirində bunları yazdı: “Wolverine & Deadpool” dünyanın 1 nömrəli filmidir. Hamınıza təşəkkür edirəm!"

Levi İnstaqram hesabında pərdəarxası fotosunu paylaşaraq Reynoldsla işləmək hisslərini bölüşüb və onu "bu nəslin istedadlarından biri" adlandırıb.

Tənqidçilər öz qiymətləndirmələrində iki yerə bölünüblər, “The Independent”dən Klaris Louqrey onu "küt və əsəbpozucu, korporativ birləşməyə bənzər film" adlandırıb və filmə iki ulduz verib.