Xalçalarımızı kim və necə yuyur? - ARAŞDIRMA

16:23 07.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Yaşlı nəsil daha yaxşı xatırlayır... Əvvəlki dövrlərdə xalçaları yumaq üçün xanımlar min-bir əziyyət çəkərdilər. Onun yuyulub-qurudulması az qala bir həftə vaxt alırdı. İndi isə xalçaların yuyulması üçün bir zəng bəs edir ki, bu işlə məşğul olan şirkətlər xalçaları gəlib evdən aparıb, yuyub geri gətirsinlər.

Bu dəfə xalçayuma firmaları və qiymətlərdən danışacağıq.

Xalçaların yuyulması həm avtoyuma yerlərində, həm də bu işlə xüsusi məşğul olan şirkətlərdə aparılır. Burada qiymət fərqləri müxtəlifdir. İlk öncə avtoyuma məntəqələrində qiymətlərlə maraqlandıq.

Baş çəkdiyimiz avtoyuma yerlərində xalçanın yuyulması kvadrata görə dəyişir.Hər birində isə qiymətlər fərqlidir:

Şəhərin mərkəzi küçələrində yerləşən avtoyuma yerlərində xalçanın 1 kvadratı 2 manata yuyulur. Lakin burada şəxs özü xalçasını gətirməli olur. Yəni belə avtoyumaların daşınma servisi yoxdur.

Üz tutduğumuz avtoyuma məntəqələrindən birinin işçisi belə deyir:

“Müştəri özü xalçanı gətirməli olur. Biz onu yuyuruq və quruduruq. Əlaqə nömrəsi qoyur və quruyandan sonra biz ona xəbər veririk”.

Həmsöhbətimizin dediyinə görə, belə yerdə xüsusi qurutma sistemi yoxdur:

“Gördüyünüz dəmirlərin üstünə atırıq. Günəş qurudur. Ola bilsin iki gün, ola bilsin bir həftə çəksin. Qurumaqdan asılıdır”.

Xalçayuma xidmətləri ilə maraqlanırıq.

“166 Xalça Yuma xidməti”ndən hafta.az-a bildirdilər ki, təmizlik zamanı xalçalarınız əməkdaşlarımız tərəfindən evinizdən götürülür, yuyulduqdan sonra paketlənərək geri gətirilir: “Əsaslı təmizlikdə xidmət haqqı 1 kv m.ə 2,5 manat təşkil edir”.

“166 Xalça Yuma xidməti”ndən bu barədə bildirdilər ki, sifarişçiyə barkod verilir, çek üzərində qiymət və tarix qeyd olunur:"Sifarişçi bizə xalçanın yuyulması ilə bağlı zəng etdikdən sonra, əməkdaşlarımız ünvana gedib, xalçaya baxırlar. Onlar ətraflı məlumat verirlər. Sifarişçinin özünün iştirakı ilə təhvil alınır. Yuyulduqdan sonra yenə təhvil verilir. Hər hansı problem olmur. Çünki xalçanın keyfiyyətinə, materialına görə yuyulma prosedurası da fərqli olur".

“İdeal Xalça” xalça yuma şirkətindən isə bildirdilər ki, xalçalar ən doğru şəkildə və xalçanıza ən uyğun şampunlar ilə yuyulur:

“Xalçalarını yumaq üçün qərar verdinizsə, bizi axtarmağınız kafi olacaq. Gəlib adresinizden xalçalarınızə alırıq və təkrar ünvanınıza geri gətiririk. Bu müddət içərisində də xalçalarınızı yuyuruq və son texnologiyaya sahib olan qurutma otaqlarında quruduruq. Xalçanın 1 kv-ı 2,5 AZN-ə yuyulur”.

Ümümi götürdükdə məlum  olur ki, xalçaların yuyulması 2 manatdan 3 manata qədər dəyişir. Lakin keyfiyyətli yumaq haqqında danışmaq çətindir. Belə şirkətlərin dediyinə görə, hansı yuyucu vasitələrlə yuması şirkətin daxili məsələsidir. Nə ilə, hansı yuyucu vasitə ilə yuyacağına özü qərar verir. 

Maraqlıdır xalçanın yuyan şirkət sifarişçi ilə öncədən hər hansı müqavilə bağlayırmı? Yuyulduqdan sonra xalçada problemlərin yaranmamasına dair hansı zəmanətlər verilir?

"Təmiz Xalı" şirkətindən saytımıza bildirilidi ki, "Təmiz Xalı" fabriki ev və ofislərin hər növ xalça, tül, pərdə, divan-kreslo dəsti, yumşaq mebellərin təmizlənməsi, yerində yuma, quru təmizləmə və camaşırxana xidmətlərini icra edir: "Göstərdiyimiz xidmətlər zamanı məhsulların orijinal halda təhvil verilməsinə, keyfiyyətinin qorunmasına 100% zəmanət verilir və sığortalanır. Proses zamanı xüsusi filtr olunan su və təbii tərkibli maddələrdən istifadə olunur. Abşeron rayonu, Bakı, Sumqayıt şəhərini də əhatə edən şəbəkəmizlə xidmətinizdəyik".

"Pakxalça" şirkətindən aldığımız məlumata görə, xalçaların yuyulması ən son yenilikləri özündə cəmləşdirən makinalar və illərin təcrübəsinə dayanan peşəkar ustalar tərəfindən həyata keçirilir. Xalçaların yuyulması zamanı orqanik (bialoji) tərkibli şampunlardan istifadə edilir. Fabrikaya daxil olan xalçalar birinci etapda tozdan təmizlənməsi üçün toz dolabına yerləşdirilir. İkinci etapda isə çirklilik dərəcəsindən asılı olaraq hovuzlarda isladılır. Çirk və ləkələr yumşaldıqdan sonra isə xalçalar artıq kompyuter sistemi ilə tənzimlənən makinalara salınır. Bu makinalarda xalçalar dərinləməsinə firçalanma vasitəsi ilə bol su və ləkə çıxarıcı–yuyucu vasitə qarışımından istifadə edilərək yuyulur. Xüsusu qurutma otaqlarında havalandırma sistemi ilə qurudulan xalçalarınız son etapda tam quruma və təmizlik kontrolundan keçdikdən sonra daraqlanaraq ətirlənmə və poketlənmə otagina verilir. Bütün bu təmizlik əməliyatlarindan məmnun qalan xalçalar sonda profesional servis heyyəti vasitəsi ilə sahibinə catdırılır". 

Şirkət həmçinin yumşaq mebellərin yuyulmasını da həyata keçirir:

"Çirklənmiş və ya ləkə düşmüş yumşaq mebellər(divan, kreslo, oturacaq stullar) yuyulur. Yumşaq mebellər İtaliya istehsalı Karcher aparatı vasitəsi ilə sulu Exrajtion sistemindən istifadə edilərək təmizlənir. Bir neçə funksiyanı özündə birləşdirən bu aparat vasitəsi ilə divan və kreslolarınız ilk öncə güclü vakum aparat ilə tozdan təmizlənir, tozdan təmizlənmiş divan və kreslo isladilir, materıalına,çirklilik dərəcəsinə uyğun seçilmiş maye vasitəsi ilə isə firçalanır. Fırçalanma prossesi nəticəsində çirk və ləkələr aradan qaldırılır. Sonra parçada qalan şampun güclü sorucu başlıqlı aparatla cəkilir və durulama əməliyyatı həyata keçirilir. Bütün bu proses 1-2 saat ərzində həyata keçirilir. Gün ərzində istifadə edilməzsə normal otaq tempraturunda tam quru halını alır. Eyni zamanda matrasların da yerindəcə, xüsusi aparatlar vasitəsi ilə həm tozdan, həm də çirk və ləkələrdən təmizlənməsi xidmətini həyata keçiririk.Təmizlik su və antibakterial tərkibli yuyucu vasitələrlə aparılır və sadəcə yarım saat vaxtınızı alır".

"İmperator" xalça yuma şirkətindən isə bildirdilər ki, servis maşınlarımız ilə təhvil alınan xalçalar ilk etapda kodlaşdırılır:

"Xalçaların yuyulması zamanı rənginin, qarışmaması, solmaması üçün xalçalar növlərə ayrılır. Xalça yuma prosesinə girmədən əvvəl xalça tozunun alınması üçün toz dolabına qoyulur. Çırpıldıqdan sonra tozu alınmış xalça yumaya hazır vəziyyətə gətirilir. Son dərəcə çirklənmiş xalçalar yuyulmadan öncə xüsusi hovuzlarda isladılır və çirki yumşaldılır. Sonra xüsusi bioloji mayələr ilə  ləkə çıxarıcıların, yumuşaltıcı və dezinfeksiya edici maddələrin qarışımından istifadə edərək müasir xalça yuma makinalarında yuyulur. Makinaların avtomatik fırçaları vasitəsi ilə xalçalar üzdən deyil tam dərinləməsinə qədər yuyulur.

Şirkətin işçisnin dediyinə görə, hər bir ləkənin üzərində ayrıca işlənildikdən sonra, bol su ilə durulanır və sonra qurutma makinasına salınır və xalçanın 95%-ə  qədər suyu sıxılaraq bayıra axıdılır:

"Xalçalarınız yay və qış fərq etmədən evinizə 100 % quru olaraq təslim edilir. Xalçanın təmizliyi əlavə kontrol edildikdən sonra qurutma otağına daxil edilir. İsti otaqda 100% qurudulan xalçalar ətirləndirilərək poketlənmə bölümünə alınır. Özəl ətirlənmə sistemi sayəsində xalçalarınızın istifadəsi zamanı evinizdə təmizlik və təravət hissi yaradan abu hava yaranır. Əgər siz də xalçalarınızı təmiz və təravətli görmək istəyirsinizsə və  xüsusən də təcrübəli və bilgili işçi heyyəti ilə işləmək arzusundasınızsa rahatlıqla bizə müraciət edə bilərsiniz. Zəng edin ilin 4 fəsli evinizdə təmizliyin təravətini yaşayın".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu barədə bildirdi ki, birliyə bu məsələ ilə bağlı tez-tez şikayətlər daxil olur:

"Bu gün Sumqayıtdan bir xanım zəng edib şikayətini çatdırdı. Hazırda xalçayuma şirkətlərində böyük problemlər var. Ciddi problemlərdən biri aldıqları məbləğ barədə kassa çeki verməmələridir. Şirkətdən dedikləri vaxtda işi təhvil vermirlər. Ən böyük problemlərdən biri də həmin şirkətlərin xalçalara ciddi zərər verməsidir. Xalçanın ləkələnməsi, qırılması baş verir. Bu hal yaşandıqda isə  onlara nəyisə sübut etmək olmur". 

E. Hüseynov belə vəziyyətə düşməmək üçün istehlakçıların müqavilə bağlamalarını tövsiyyə edir: "Müqavilə bağlasınlar. Hər iki üzünün fotoşəklini çəksinlər. Təhvil aldıqda da hər hansı problem gördükdə, onda sübut etmək üçün faktları olacaq". 

 

Sosial rubrikasından digər xəbərlər