Xəzər dənizində zəlzələ olub

10:40 23.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 23-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 02:11-də qeydə alınan zəlzələnin maqnitudası 3-ə bərabər olub.

 Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.