Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

17:02 26.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.