Yaponiya 12 ölkəyə silah ixracına icazə verəcək

18:27 28.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiya hökuməti özünün müdafiə avadanlığının ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması çərçivəsində xaricə qırıcı təyyarələrin, raketlərin və digər silahların tədarükünə icazə verməyi planlaşdırır.

Hafta.az xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb .

Qəzetin məlumatına görə, birinci mərhələdə bu cür silah və texnikanın Avstraliya, Hindistan, Avropa və Cənub-Şərqi Asiya da daxil olmaqla 12 ölkəyə ixracına icazə veriləcək. Bu il Yaponiya qanunvericiliyinə müvafiq düzəlişlər qəbul oluna bilər.

Oxunma sayı 209