Yaponiya 2030-cu ilə qədər karbon neytrallığına nail olmağa çalışır.
Bunu Yaponiyanın Qlobal Strategiya Bürosunun Beynəlxalq Əlaqələr üzrə direktoru Eyqo Nomura “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.
“Rəqəmsal texnologiyalar cəmiyyətin və iqtisadiyyatın əsasını təşkil edir. Proqnozlara görə, 2040-cı ildə dövriyyədə olan məlumatların həcmi 2020-ci illə müqayisədə təxminən 350 dəfə artacaq, əsasən süni intellekt dəstəyi ilə avatarlar və robotların artan istifadəsi sayəsində.
Yaponiyada, xüsusilə informasiya və kommunikasiya sənayesində enerji istehlakının artması fonunda, bu sektorun “yaşıllaşdırılması” məsələsi daha da aktuallaşır. Yaponiyanın aparıcı telekommunikasiya operatorları da bu hədəfi qarşımıza qoyublar”, - deyə o vurğulayıb.