Yaponiyada əhali sürətlə azalır

10:15 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiya Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutu (IPSS) hər 5 ildən bir apardığı araşdırmalar əsasında proqnozunu paylaşıb.

Hafta.az-ın yazdığına görə, mvafiq olaraq, 124 milyonluq ölkənin əhalisinin 2050-ci ilə qədər təxminən 104 milyona düşəcəyi gözlənilir.

Araşdırma 47 inzibati rayonun olduğu Yaponiyada paytaxt Tokiodan başqa 46 prefekturada əhalinin azalacağını proqnozlaşdırır.

Müxtəlif bölgələrdəki 11 ştatda əhalinin 30 faiz və ya daha çox azalacağı proqnozlaşdırılır.

Ən kəskin azalmanın Akitada 42 faiz, Aomoridə 39 faiz və Koçidə 35 faiz olacağı gözlənilir.

Yaponiya Tədqiqat İnstitutundan (JRI) Fujinami Takumi verdiyi açıqlamada bizneslərin gənclərin kənd yerlərindən qaçmasının qarşısını almaqda mühüm rol oynadığını bildirib.

Fujinami qeyd edib ki, yerli regionlardakı şirkətlər bizneslərini inkişaf etdirmək və məşğulluq yaratmaq üçün yeni investisiyalar qoymalıdırlar.

2023-cü ilin əvvəlində Yaponiyanın Baş naziri Kişida Fumio, ölkənin doğum nisbətlərinin aşağı düşməsi ilə "sosial funksiyalarını itirmək ərəfəsində" olduğunu, buna görə də uşaq tərbiyəsi siyasətlərinə diqqət yetirəcəklərini açıqlayıb.

Kişida, "Ölkəmizin iqtisadiyyatının və cəmiyyətinin davamlılığını və inklüzivliyini nəzərə alaraq, uşaq tərbiyəsinə dəstək ən mühüm siyasətimizdir" deyib.