Yaponiyada zəlzələ - 4,5 bal gücündə

10:54 07.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın Kyuşu adasının yaxınlığında 4,5 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, "UTC" vaxtı ilə saat 18:51-də qeydə alınan yeraltı təkanların episentri Kavasaki şəhərindən 90 kilometr şərqdə, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və ölənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.