Yaşayış evi yandı - 3 nəfər xəsarət aldı

10:21 01.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda yanğın olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Rüstəmli kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Yanğın zamanı 3 nəfər yanıq xəsarəti alıb. Evə bitişik talvar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.