Yaxın saatlarda küləyin sürəti artacaq

12:34 30.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

Hafta.az xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-yə çatıb:

"Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir. Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/s-yə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək".