Yəməndə parçalanma ehtimalı hər keçən gün daha aydın görünür. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurası (GGK) Yəməni iki yerə bölmək istədiyini bir daha vurğulayıb.
Hafta.az-ın yazdığına görə, mayın 8-də müvəqqəti paytaxt Ədəndə bir araya gələn GGK rəhbərliyi “milli bəyannamə” imzalayıb. Bəyannamədə 1990-cı ildən əvvəlki sərhədləri ilə “Cənubi Yəmənin” yenidən qurulması məqsədi vurğulanıb. 1990-cı ilə qədər Yəmən Şimali Yəmən və Cənubi Yəmənə bölünmüşdü. 1990-cı ildə imzalanan müqavilə ilə iki ölkə vahid dövlət olaraq birləşdi.
Yığıncaqda bir araya gələn SGK rəsmiləri Cənubi Yəmən xalqının bölgədəki suverenliyinə özlərinin qərar verməsi lazım olduğuna toxunarkən, problemin beynəlxalq razılıqla həllinin vacibliyi vurğulanıb.
BƏƏ-nin dəstəklədiyi SGK-nın həmləsi ilə İran dəstəkli husilərin nəzarət etdiyi Yəmənin şimal hissəsindən çıxması və yeni dövlətin qurulması planlaşdırılır.
Yəmən ikiyə bölünsə, ölkə rəsmi olaraq İranın nəzarətindəki bölgəyə və BƏƏ-nin dəstəklədiyi ikinci bölgəyə bölünəcək. Belə vəziyyətin ölkədə böhranı daha da dərinləşdirəcəyi gözlənilir.