Azərbaycanda yeni tədris ilinin nə zaman başlayacağı bəlli deyil. Amma ehtimal olunur ki, sentyabrın 15-dən təhsil müəssisələrində dərslər onlayn formada davam edəcək. Lakin yenə də dərslərin hansı formada davam edəcəyi ölkədəki mövcud epidemioloji vəziyyət asılı olacaq.
Yeri gəlmişkən, artıq bir çox ölkələr yeni tədris ili ilə bağlı gələcək planlarını açıqlayıblar. Məsələn, qonşu Türkiyədə 2020-2021-ci tədris ilinin avqustun 31-də başlayacağı planlaşdırılır. Bununla bağlı Türkiyə Təhsil Nazirliyinin Orta məktəblər üzrə şöbəsinin baş direktoru Cengiz Mete bildirib. O deyib ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumunun tövsiyələri nəzərə alınmaqla, Təhsil Nazirliyi tərəfindən belə bir qərar verilib. Baş direktor qeyd edib ki, bununla əlaqədar Təhsil Nazirliyi Türkiyənin 81 vilayətinə bildiriş göndərib.
Türkiyənin təhsil naziri Ziya Selçuk isə üzərində işlədikləri “hibrid təhsil” sistemi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, bu təhsil modelində üz-üzə və distant, yəni uzaqdan təhsil bir arada həyata keçiriləcək. Həftəlik 40 saat təşkil edən dərs saatları 20 saata endiriləcək. Riyaziyyat, türk dili dərsləri, texniki fənlər üz-üzə tədris ediləcək. Coğrafiya, tarix, fiziki tərbiyə, həyat bilgisi və incəsənət kimi fənlər isə distant şəkildə həyata keçiriləcək. Sinif 2 qrupa bölünəcək. Bir qrup bazar ertəsi, çərşənbə və cümə, digər qrup isə, çərşənbə axşamı, cümə axşamı və şənbə günləri məktəbə gedəcək.
Bəs görəsən, Azərbaycanda yeni dərs ili hansı formatda başlayacaq? Dərslər onlayn formatda davam edərsə, bu il birinci sinifə gedən şagirdlər üçün hansı problemlər yarada bilər?
Mövzu ilə bağlı hafta.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, koronavirus dünyanın siyasi, iqtisadi, sosial, mədəni vəziyyətini köklü şəkildə dəyişdi: “Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. Bu yenilik təhsil sisteminə də öz təsirini göstərdi. Artıq onlayn, məsafədən təhsil dövrü başlayıb. 2009-cu ildən qanunvericilikdə distant təhsil nəzərdə tutulsa da, 11 il ərzində bu istiqamətdə heç bir iş görülmədi. Amma tətil elan edildikdən sonra məlum oldu ki, distant – məsafədən təhsil çox zəruridir. Düşünürəm ki, pandemiyadan sonra təkcə ali təhsil sistemində deyil, eyni zamanda orta məktəb səviyyəsində belə distant – məsafədən online təhsil mümkün olacaq və biz virtual məktəblərin şahidi olacağıq. Çünki bu təhsilin əlçatanlığı üçün çox zəruridir. Belə ki, bu və ya digər səbəbdən təhsildən kənarda qalanlar, dərsdə iştirak etməyənlər bu vasitə ilə normal dərslərdə iştirak edəcək və dərsin davamlılığı pozulmayacaq. Distant təhsil təhsil xərclərini də azaldacq ki, bu da təhsil alanların daha çox və fərqli istiqamətlərdə özlərini inkişaf etdirməsinə imkan verəcək. Nəzərə alsaq ki, təhsil verənlər üçün təhsil alanlara lazimi bilik və bacarıqları çatdırmaq üçün online sistemdə böyük yerlər lazım deyil, lazımı avadanlıqlar qurulmuş balaca otaqlar belə yetərlidir, bu da öz növbəsində təhsil alanların öz evlərində təhsil alması ilə vaxt və məsafə itkisini azaltmağa gətirib çıxaracaq. Düşünürəm ki, pandemiyadan sonra hətta qəbul imtahanlarının, elekrton ərizə qəbulunun online olması mümkndür. Müəyyən proqram təminatı formalaşdırmaqla imtahan iştirakçıları olduqları yerdən imtahanda iştirak edə bilcəklər”.
Ekspert vurğulayıb ki, ümumilikdə bizi yeni dövr gözləyir: “Məsələn, dərsliklərin də elektron formatda istifadə olunacağı bir dövr gəlib çatıb: “Ümumilikdə, bizi yeni bir dövr gözləyir. Bu həm təhsil sisteminə, dəm insanlar arası münasibətlərə, həm də dövlətin idarə edilməsi ilə bağlı olan yeniliklərdir. Dünya Bankının məlumatına görə, COVİD-19 pandemiyasına qədər, konkret desək, 2019-cu ildə dünyada elektron təhsil texnologiyalarına, onlayn təhsil platformalarının yaradılmasına 18,66 milyard dollar investisiya yatırılmışdırsa, 2025-ci ildə bu göstəricinin 350 milyard dollara çatacağı planlaşdırılır. 2020-ci ilin fevral ayında dünyada Zoom istifadəçilərin sayı 2,2 milyon nəfər artmış, mart ayında gün ərzində 2,13 milyon dəfə yüklənmə olmuşdur. 2020-ci ilin dekabrında istifadəçilərin sayı 10 milyon nəfər, 2020-ci ilin mart ayında 200 milyon nəfər olmuş və şirkətin dövriyyəsi 42 milyarda dollara çatmışdır. Bütün bunlar yaxın gələcəyin təhsildə yeni çağırışların olacağından xəbər verir. Biz isə təəssüf ki, bundan geri qalırıq. Amma online dərslər tam şəkildə problemi aradan qaldırmayacaq. Çünki burda bir sıra spesifik fənlərin və labarotoriya işləri tələb edən fənlərin keçirilməsi mümkn deyil.Real vəziyyət onddan oibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifdə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür”.
K.Əsədovun fikrincə, mövcud vəziyyət bütün dünyada təhsilin fəaliytətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir: “Məsələn, qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant thsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb.
Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz. Çünki hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1--3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbldə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlər İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrda dərslərin başlaması mumkündür”.
Digər təhsil eksperti Elçin Əfəndi isə hesab edir ki, 2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq.
Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır: "Burada əsasən siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır.”
Elçin Əfəndi bildirib ki, əgər ikinci dalğa yoluxma başlanarsa, karantinin uzadılmasına qərar verilərsə o zaman dərslər yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq: "Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021 ci ilin yanvar ayından sonra başlanması da istisna deyil.’’