Yevlax və Tərtər sakinlərindən odlu silah götürüldü

12:49 10.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax və Tərtər sakinlərindən odlu silah götürülüb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş B.Qurbanovdan kustar üsulla hazırlanmış “Naqan” tipli revolver və 6 ədəd patron aşkar edilərək götürülüb.

 

Bundan başqa, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakini E.Mirzəyevə məxsus yardımçı təsərrüfata baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.