Yol polisi Badamdardakı torpaq sürüşməsinə görə sürücülərə müraciət edib

10:46 09.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi (BŞDYPİ) bu gün səhər saatlarında Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən hafta.az-a verilən məlumata görə, müraciətdə bildirilir: "Sürüşmə ilə əlaqədar olaraq sürücülər alternativ yol kimi Azneft dairəsi ərazisindən və Badamdar qəsəbəsinin içərisindən hərəkət etsinlər".