Yuxarı Qarabağ kanalında batan şəxsin cəsədi tapılıb

16:26 31.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax rayonunun Kolanı kəndi ərazisində Yuxarı Qarabağ kanalında batdığı ehtimal olunan 1965-ci il təvəllüdlü Nəzərova Şölə Səfər qızının axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, Ş.Nəzərovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.