"Nəzərinizə çatdırırıq ki, qardaşım Manikanth Kondaveeti 13 may 2022-ci il tarixində Zaqatala rayonunda itkin düşüb. Biz onunla sonuncu dəfə 12 may 2022-ci il tarixində əlaqə saxlamışıq, daha sonra o, tək halda meşə sahəsinə yollanıb və bir daha heç kim ondan məlumat ala bilməyib".
Hafta.az-ın yazdığına görə, bunu itkin düşən şəxsin qardaşı Kondaviti Dharan deyib.
Cənab Dharan deyib ki, o, polisin və könüllülərin dəstəyi ilə çox cəhd göstəriblər, lakin qardaşı ilə bağlı heç bir məlumat əldə edə bilməyib.
"Keçən günləri və vəziyyətin ağırlığını nəzərə alaraq, biz qardaşımı tapan şəxsə 100 min manat pul mükafatı verəcəyimizi bildirmək istəyirik" deyən Dharan bunun üçün qayda və şərtləri də açıqlayıb:
1. Mükafat yekun məbləğdir və onu ən qısa zamanda tapan şəxslər arasında bərabər qaydada bölünəcək.
2. İtkin düşən şəxsin yeri ilə bağlı yalan məlumat verən şəxslər haqqında hüquqi prosedur tətbiq ediləcək.
3. Biz heç bir şəxsi hər hansı ciddi xəsarət və ya ölümlə nəticələnən riskləri öhdəliyinə götürməyə sövq etmirik və buna görə də məsuliyyət daşımırıq.
4. Pul mükafatı ancaq itkin düşən şəxs sağ-salamat tapıldığı halda veriləcək.
5. İtkin düşən şəxsin harada olması barədə hər hansı məlumat verən hər kəs ədalətli şəkildə mükafatlandırılacaq.
6. Biz, bu şərtləri pozan hər kəsə mükafat verməkdən imtina etmək hüququnu özümüzdə saxlayırıq.