Zülfiyyə Xanbabayevanın qızı tələbə oldu - FOTO

09:07 12.07.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı tələbə adını qazanıb.

Hafta.az xəbər verir ki, bununla bağlı xalq artisti özü məlumat yayıb. O qeyd edib ki, qızı ADA Universitetinə qəbul olunub.

Müğənni sevincini belə ifadə edib: 

“Arzularım, xəyallarım, dualarım, varlığım! Dənizim! Sən bizə Allahın bir lütfüsən! Səni yaradana qurban olum!

Balam, Dənizim bu gündən tələbə oldu! Əziz, doğma müəllimlərimiz! Hər birinizə minnətdarıq!

 

Bu gün tələbə adını qazanan bütün övladlarımızı ürəkdən təbrik edirəm! Gözəl gözlü Dənizim, yolun açıq olsun!”