“Qanuna dəyişikliklər ailə, milli mənəvi dəyərlərə heç bir təsir göstərmir” - Hicran Hüseynova

14:52 30.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“13 il əvvəl məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun qəbul edilib və bu olduqca mühüm qanun idi. Bu hadisə həmin dövr üçün rezonans idi. Ancaq zamanın tələbi, qanunların praktik tələbi, qanunvericiliyin təkmilləşdirməsini tələb edir. Bu gün təqdim olunan qanuna dəyişiklik aktualdır”.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi birinci oxunuşa təqdim edərkən qeyd edib.

H.Hüseynova bildirib ki, 20 maddədən ibarət qanunun 11 maddəsinə dəyişiklik edilib. O, bildirib ki, əlavə və dəyişikliklər ailə, milli mənəvi dəyərlərə heç bir təsir göstərmir, vətəndaşın konstitusiya hüquqularına müsbət təsir edir. Eləcə də, qeyd edib ki, zərərçəkənin hüquqlarının müdafiəsi, zərərtörədənin məsuliyyətinin artırılması, sanksiyaların nisbətən artırılması, qabaqlayıcı, profilaktik tədbirlərin keçirilməsi, zorakılığa məruz qalan uşaqların müdafiəsi, nəzərdə tutulur.

Burada əsas məqsədlədən biri kimi qohumluq münasibətlərindən istifadə etməkə hər hansı şəxsə qarş törədilən zorakılığın qarşısını almaqdır.

Qanunda “Ailə münasibətlərin bərpası” sözlərinin çıxarılması təklif olunur. Hesab olunur ki, barışdırıcı mövqe ailədə konkflikti vəziyyəti daha da dərinləşdirdiyi üçün bu məsələyə yenidən baxılması təklif olunur.