Məşhur aktyor Henri Kavill ikonik rolunu itirdikdən sonra Daniel Kreyqin Ceyms Bondu oynadığı vaxtı dəyərləndirib.
Hafta.az-ın yazdığına görə, Kreyq 2006-cı ildə “Casino Royale” ilə Bond roluna qədəm qoydu. 55 yaşlı Kreyq daha 4 Bond filmində, “Quantum of Solace”, “Skyfall”, “Spectre” və 2021-ci ildə “No Time to Die” ilə bitən məşhur agent rolunu oynadı.
Nyu-Yorkda yerləşən “SiriusXM”in yayımçısı ilə danışan Kavill, Kreyqə itirdiyi Bond rolu ilə bağlı açıqlamalar verib.
Prodüser və rejissor Metyu Von “Bondun lənəti” haqqında danışandan sonra Kavill, “belə bir şey üçün lənət olduğunu düşünmədiyini” deyib.
Kreyq və Bond dövrünü canlandıran digər insanları tərifləyən 40 yaşlı məşhur aktyor, “Mən lənət olduğuna inanmıram, amma Danielin tamamilə heyrətamiz bir iş gördüyünü düşünürəm. O və iştirak edən hər kəs seriala yeni nəfəs verdi və möcüzələr yaratdı” deyib.
Kreyqin Bond rolundaki fəaliyyəti, seriyanın 25-ci filmi olan “No Time to Die” ilə rəsmən sona çatıb.
İdris Elba, Riçard Madden, Uill Pulter, Tom Hardi, Aaron Taylor-Conson və hətta Kavill kimi müxtəlif adların Ceyms Bondu canlandırmaq üçün çəkildiyi iddia edilib.
Serialın prodüseri Barbara Brokkoli 007 obrazını canlandıracaq yeni aktyor axtarışına hələ başlamadıqlarını açıqlayıb.
“Entertainment Weekly”ə danışan Brokkoli, yeni serialın hansı yolu izləyəcəyinə qərar vermədən əvvəl aktyor seçimi etmək istəmədiklərini bildirib. Digər tərəfdən, Brokoli növbəti Bondu canlandıracaq aktyorun qarşısına da bəzi şərtlər qoyur. Prodüserin fikrincə, növbəti Bondu oynayacaq aktyor 20 - 30 yaş aralığında olmalıdır.
Bu Kavill üçün təəssüf doğurur, çünki aktyor bu yaş dövrünü keçdiyi üçün “Casino Royale”də rolu itirmiş sayılır.