"100 min hektar əkin sahəsi, 350 min hektar meşə əlimizdən çoxdı..." - Vazgen Manukyan

10:40 17.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla müharibədə müzəffər ordumuzun qarşısında yenilən Ermənistan o qədər ağır vəziyyətə düşüb ki, artıq Baş nazir Nikol Paşinyanın istefasını tələb edən 17 siyasi partiya tərəfindən hökumət başçısı postuna vahid namizəd göstərilmiş Vazgen Manukyan xalq arasında təbliğata start verib. 

Hafta.az yazır ki, erməni gənclərlə görüşən Manukyan, Ermənistandakı iqtisadi durumun sözün əsl mənasında fəlakət yaşadığını bildirib. "Bu, büdcənin hazırlanmasına, adambaşına düşən gəlirin azalmasına, sərmayələrə və regional itkilərimizə səbəb olacaq. Azərbaycan ordusunun geri aldığı torpaqlar Ermənistan iqtisadiyyatını çökdürəcək. Təsəvvür edin ki, 100 min hektar əkin sahələri əlimizdən çıxdı. Tək bununla bitmir itkilərimiz, 315 min hektar meşə sahələri, 15 hidroelektrik mərkəz və ümumilikdə 100 megavat elektrik enerjisi mənbəyi əlimizdən çıxdı", - deyib Manukyan. 

V.Manukyan gənclərə bildirib ki, heç bir normal iş adamı Ermənistana sərmayə qoymaz və necə ki, indiyədək də qoymayıb. Onun sözlərinə görə, Ermənistanın hazırda düşdüyü vəziyyət bundan sonra da iqtisadi dirçəliş üçün gözlənilən xarici sərmayə ümidlərini də puç edir. 

Ermənistanın sürəkli şəkildə düşmənçilik çağırışlarının, insanlarda başqalarına qarşı düşmən münasibətin formalaşmasına eyham vuran Manukyan, ölkəsində qeyri-sabir vəziyyətin yarandığını qeyd edib. "İndiyədək Ermənistana qazandıran sərmayələr yatırılmayıb. Çünki həmin sərmayələr hansısa əcnəbi iş adamına, böyük şirkətlərə deyil, məhz erməni millətindən olan sahibkarlara məxsus olub. Bu cür yatırımlar isə genişmiqyaslı olmadığı üçün, nəticəsi də görünmür", - deyib erməni müxalifətinin vahid lideri.