Müğənni Mabel Matiz bu il heç bir mükafat almadığı "Altın Kelebek" ("Qızıl Kıpənək") Mükafatlandırma Mərasimindən sonra çox danışılacaq bir addım atıb. Müğənni “Altın Kelebek” yarışmasından indiyədək aldığı bütün mükafatları 5 lirəyə satıb.
Hafta.az-ın yazdığına görə, 49-cu "Altın Kelebek" Mükafatlandırmasında "Antidepressant" mahnısı və "Fatih" albomu ilə "ən yaxşı kişi müğənni" və "ən yaxşı debüt müğənnisi" nominasiyalarında namizəd olan Mabel Matiz heç bir mükafat almayıb.
Matiz mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşdığı paylaşımda "Həqiqət əslində birdir və onu hamı bilir, amma həqiət sənin tərəfində olmayanda onu dəyişməyə çalışırsan" deyib.
Lakin müğənninin son hərəkəti həmin yazıdan kənara çıxıb. Matiz sahibinden.com-da verdiyi elanda ötən illər aldığı “Altın Kelebek” mükafatlarını hər birini 5 lirədən satışa çıxarıb və saytda məhsulların üzərinə yazıb: “Onlar yalnız bir dəfə alınıb. Alındığı gündən qutudadır, cızığı belə yoxdur".
Mabel Matizin paylaşımları da sosial şəbəkələrdə trend mövzusuna çevrilib.