"Azeri Light" ucuzlaşıb

10:25 22.01.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları, yaxud 2,31% azalaraq, 82,42 ABŞ dolları olub.

Hafta.az xəbər verir ki, “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 80,32 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.