"Bakı Metropoliteni" gücləndirilmiş iş rejiminə keçir

11:51 17.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı Metropoliteni" QSC fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində “Qarabağ” və İngiltərənin "Nyukasl Yunayted" klubları arasıda keçiriləcək qarşılaşma ilə əlaqədar iş vaxtını 1 saat uzadacaq.

QSC-dən Hafta.az-a bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müraciəti (AFFA) və “Bakı Metropoliteni” QSC-nin paytaxtda təşkil edilən kütləvi tədbirlər planına uyğun olaraq, fevralın 18-dən 19-na keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

“Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyasında bir sıra tədbirlər görüləcək. Gücləndirilmiş iş rejimi tətbiq olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq. Zərurət yaranarsa, xəttə buraxılmaq üçün ehtiyat qatarlar hazır saxlanılacaq. Qatarların hərəkətinə xüsusi qrafik müəyyən edilsə də, ümumilikdə payız-qış üzrə hərəkət cədvəli qüvvədə saxlanılacaq. “Nərimanov” və “28 May” stansiyalarında da nəzarət mexanizmləri gücləndiriləcək”, - deyə qurumun yaydığı məlumatda bildirilir.