"Banklar çox vaxt özləri mənfəətlərini azaldırlar ki, vergidən yayınsınlar"

11:50 20.02.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

"Elektron pul təşkilatlarının mənfəətliliyinin yüksək olmasının səbəblərindən biri banklar qədər inzibati xərclərinin olmamasıdır. Məsələn, onlar bina saxlamırlar, çoxsaylı işçiləri yoxdur və sair".

Bu fikirləri Hafta.az-a açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib.

O, həmçinin deyib ki, bu qurumların fəaliyyəti daha şəffafdır: "Amma banklarla bağlı bunu demək olmaz. Banklar çox vaxt özləri mənfəətlərini azaldırlar ki, vergidən yayınsınlar, daha az vergi ödəsinlər”.