Sentyabrın 23-də Tacikistanda Beynəlxalq Tekstil Forumu keçiriləcək.
Hafta.az yazır ki, paytaxt Düşənbə şəhərində keçiriləcək Forum Tacikistan Sənaye və Yeni Texnologiyalar Nazirliyi tərəfindən Hökumətin dəstəyi, Beynəlxalq Tekstil Federasiyası və digər tərəfdaşlarla əməkdaşlıq çərçivəsində təşkil ediləcək.
Tədbir ölkənin tekstil sənayesinin inkişafını müzakirə etmək, xarici investisiyaların cəlb olunması, beynəlxalq təcrübənin bölüşülməsi, bu sənayenin potensialını və imkanlarını iştirakçılara nümayiş etdirmək üçün əsas platforma və mərkəz nöqtəsi rolunu oynayacaq.
Tacikistan Beynəlxalq Tekstil Forumu, pambıq lifindən hazır məhsullara qədər, 98 faiz bərpa olunan su elektrik stansiyası ilə işləyən və uzunmüddətli vergi güzəştləri təklif edən tam dövrlü tekstil layihələri axtaran investorlar üçün ixtisaslaşmış platformadır.