"Bu hərbi məğlubiyyət yox, ümummilli alçalmadır" - erməni politoloq

14:03 07.12.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Erməni ictimaiyyəti hələ də Dağlıq Qarabağda nələrin baş verdiyinə dair sona qədər özünə hesabat verməyib.

Hafta.az xəbər verir ki, bu fikirləri Rusiyada yaşayan erməni politoloq və publisist Armen Qasparyan səsləndirib. Onun sözlərinə görə, Ermənistan tək hərbi yox, həm də informasiya müharibəsində Azərbaycana ağır bir şəkildə məğlub olub. Bu məğlubiyyətin əsası sentyabrın 27-də və ya hərbi əməliyyatların ən qızğın vaxtı olan oktyabrda qoyulmayıb:

"2018-ci ilin mayından artıq informasiya cəbhəsindəki məğlubiyyətin işartıları görünürdü. Paşinyan və komandası hakimiyyətə gəldikdən sonra mümkün olan hər şeyi dağıtmaqla yadda qaldı. Müharibə zamanı Ermənistanın 2 xəbərinə qarşı Azərbaycan orta hesabla 8 xəbər yayımlayırdı. Bununla belə məğlubiyyəti bir nəfərin üzərinə yükləmək təhlükəlidir".

Erməni politoloqun fikrincə, indi müxalifətdə olanların əksəriyyəti bugünki vəziyyətə gətirib çıxaran addımları vaxtilə alqışlayırdılar. Əgər onlar hesab edir ki, insanların yaddaşı qısadır yanılırlar.

"Bu hərbi məğlubiyyət yox, ümummilli alçalmadır. Bu məsələdə bir çoxları günahkardır" - deyə erməni publisist deyib.