"Çin digər ölkələrin daxili işlərinə müdaxiləyə qarşıdır” – Mao Ninq

17:15 13.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Çinin əsas minerallar üzrə qlobal təchizat zəncirlərinin sabitliyini və təhlükəsizliyini qorumaq mövqeyi dəyişməz olaraq qalır. Çin bütün tərəflərin bunun üçün məsuliyyət daşıdığına inanır”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq G7 maliyyə nazirlərinin dünən əsas minerallar üzrə Çindən asılılığın azaldılmasının sürətləndirilməsinin vacibliyi barədə razılığa gəlməsi faktını şərh edərkən deyib.

Xanım diplomat qeyd edib ki, Çinin tarif məsələlərində mövqeyi çox aydındır: tarif müharibələrində qalib yoxdur,

Mao Ninq, ABŞ prezidenti Donald Trampın İranla iqtisadi-ticari iş quran hər bir ölkənin ABŞ ilə bütün əməliyyatlar üzrə 25 faiz tarif tətbiq edəcəyinə dair açıqlamasına da cavab verib. Bildirib ki, Çin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək.

“Çin İrandakı vəziyyəti yaxından izləyir və ölkədəki Çin vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək” deyən xanım diplomat bildirib ki, Çin İranın milli sabitliyi qoruyub saxlaya biləcəyinə ümid edir və ölkəni bu səylərdə dəstəkləyir.

"Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxiləyə, beynəlxalq münasibətlərdə güc tətbiqinə və ya təhdidinə qarşıdır. Çin bütün tərəflərin Yaxın Şərqdə sülh və sabitliyin təşviqi üçün daha çox iş görəcəyinə ümid edir", - deyə o əlavə edib.