"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt

21:14 16.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngilis mediası 1990-cı illərin ən məşhur serialı olan "Elen və uşaqlar"la bağlı siyahı hazırlayıb.

Hafta.az xəbər verir ki, siyahıda ekran işi haqda maraqlı faktlar yer alıb.

1. Serial qısa zamanda çəkilib. Belə ki, hər bölüm üçün ancaq 1 gün sərf edilib. Hər bölüm 26 dəqiqə davam edib.

2. Dördüncü mövsümdə serialın reytinqi düşüb. Prodüserlər ssenraini dəyişdirmək qərarına gəlib. Eyni zamanda ekran işinin adı da dəyişdirilib "Sevginin xəyalları" edilib.

3. Daha sonra serial "Sevgi tətili", sonuncu isə "Sevgi sirri" adı ilə yayımlanıb. Prodüserlər ilk hissədəki aktyorları yenidən geri qaytarıblar.

4. Elen və Nikolas sonuncu bölümdə evlənmək qərarına gəlirlər. Bunu isə prodüserlər tamaşaçıların istəyi ilə edirlər.

5. Aktyorların yaş və xasiyyəti heç vaxt uyğun gəlməyib. Elenin 20, Coannanın 30, Kri-krinin də 20 yaşı var idi.

6. Tamaşaçılar serialı çox sevirdi. Tənqidçilər isə nifərt edirdi.

7. Serial ərəfəsində aktyorların bir neçəsi eşq yaşamağa başlayıb. Nikolya obrazını oynayan aktyor Patrik Pyudeba Ellen Rolle ilə sevgili olub. Onlar 3 il bir yaşayıblar. Eyni zamanda Kati (Kati Andrie) və Eten (David Pru) da sevgili olub. 10 il birlikdə olan cütlüyün 2 övladı doğulub. Sebastyan isə həyatda lali ilə yox, onun düşməni olan və eşqlərini bitirən mənfi obraz Alinlə ailə qurub.

8. Sebastyan Roş bildirib ki, serialdakı obrazı ona çox təsir edib. Hətta həytında da musiqiçi olub. Nikolas aktyordur, aparıcılıq da edir. Elen isə filmə çəkilməyb və həyatını musiqiyə həsr edib.

Oxunma sayı 12740