Yazını böyüt
Yazını kiçilt
Hazırda Cocuq - Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır.
Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.
Komitə sədri bildirib ki, müraciət olunarsa, Cocuq -Mərcanlı kəndində yenə də mənzillər tikilə bilər: "Hazırda Cocuq-Mərcanlı sakinləri bizim tabeliliyimizdən çıxıb. Həmin kənd icra nümayəndəliyinin nızarətindədir. Amma biz də onlara lazımı köməklikləri edirik. Hazırda Cocuq - Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır".