Yazını böyüt
Yazını kiçilt
Məşhur aktrisa, Hollivudun qızıl erasının sonuncu siması Oliviya de Hevillənd vəfat edib.
Hafta.az xarici KİV-ə istinadən xəbər verir ki, 104 yaşlı sənətçi son illər yaşadığı Parisdə dünyasını dəyişib.
Qeyd edək ki, O.Hevillənd britaniyalı vəkilin ailəsində anadan olmuşdu. O, karyerasına 1930-cu ildə başlayıb. Ən məşhur obrazı "Küləklə sovrulanlar" filmindəki Melani olub.
Aktrisa iki dəfə "Oskar" mükafatına sahib olub.