"Meta" WhatsApp-la bağlı istifadəçiləri çaşdırmaqda ittiham olunub

10:31 25.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Müxtəlif ölkələrdən olan bir qrup şəxs "Meta" şirkətinə qarşı iddia qaldıraraq, onu "WhatsApp" messencerinin məxfiliyi və təhlükəsizliyi ilə bağlı yalan məlumat yaymaqda ittiham edib.

Hafta.az-ın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Məlumata əsasən, Kaliforniyanın San-Fransisko şəhərindəki ABŞ Rayon Məhkəməsində qaldırılan iddiada "Meta" şirkətinin şifrələmə texnologiyasının yalnız göndərən və alıcının rabitəyə daxil olmasına icazə verdiyi iddialarının yalan olduğu iddia edilir.