"Sakit Don"un aktrisası vəfat etdi

21:17 12.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Xalq artisti Zinaida Kiriyenko 88 yaşında vəfat edib.

 

 

Hafta.az rus mediasına istinadən xəbər verir ki, o, ötən gecə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Aktrisanın oğlunun verdiyi açıqlamaya görə, insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Zinaidanın koronavirus testi də müsbət çıxıb.

Qeyd edək ki, aktrisa Sergey Gerasimovun "Sakit Don" filmində Natalya obrazı ilə məşhurlaşıb. O, karyerası boyunca  "İnsan taleyi", "Yer sevgisi", "İki kapitan", "Elsaya məktublar", "Rus dilində sevgi 2", "Kazaklar" kimi bir çox film və serialda rol alıb.