Çin komediya filmi "The Last Frenzy" dünən artıq 11-ci gündür ki, materik Çində gündəlik kassa cədvəlində ilk yeri tutmağa davam edib.
Hafta.az-ın yazdığına görə, bunu “China Movie Data Information Network”un məlumatları sübut edir.
Ölüm qarşısında həyatın seçimlərindən bəhs edən film eyni gündə təxminən 5,73 milyon yuan (təxminən 810 min dollar) gəlir əldə edib. Mayın 1-də Çində nümayiş olunduqdan sonra film 708 milyon yuan məcmu gəlir götürüb.
Həmin gün ikinci yeri Honq-Konq filmi "Twilight of the Warriors: Walled In" filmi tutub. Onun gündəlik kassa gəliri 5,33 milyon yuan olub. Üçüncü yerin sahibi 1,95 milyon yuan gəlirlə yerli kriminal film "Three Old Boys" olub.
Dünən Çin kinoteatrlarından məcmu kassa gəlirləri 24,85 milyon yuana çatıb.
Yay kino mövsümü iyunun əvvəlindən avqustun sonuna kimi davam edəcək. Bu müddət ərzində 53 yeni filmin nümayişi nəzərdə tutulub.