"Yazılanlar həqiqəti əks etdirmir" - BDU-nun zəhərlənən tələbələrlə bağlı açıqlaması 

12:19 03.12.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbənin vəziyyəti pisləşməsi ilə bağlı xəbər vermişdik. Belə ki, “Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır”.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova hafta.az-a açıqlamasında bildirdi ki, Bakı Dövlət Universitetinin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:

"Hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib. Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaql iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir".