Yazını böyüt
Yazını kiçilt
Dünyanın ən yaşlı döymə ustası 106 yaşlı filippinli Apo Vanq-Od “Vogue Philippines” jurnalının üz qabığında yer alıb.
Hafta.az xəbər verir ki, Vanq-Od bu sənəti atasından öyrənib və 16 yaşından bu işlə məşğuldur. Tatu ustası mürəkkəblə deyil, kömür və su qarışığından istifadə edərək döymələr edir.
Tatu ustası 2018-ci ildə "Dangal ng Haraya" mükafatını alıb və 2017-ci ildə "Milli Yaşayan Xəzinə" mükafatına namizəd olub.
O, həmçinin 85 yaşında "Vogue" üçün kamera qarşısına keçən britaniyalı aktrisa Cudi Dençin rekordunu qıraraq jurnalın üz qabığında yer alan ən yaşlı model olub.