Tacikistan Daxili İşlər Nazirliyi 17 əməkdaşını artıq çəkiyə görə işdən azad edib.
Hafta.az xəbər verir ki, qazaeta.ru-nun yaydığı məlumata görə, bu haqda mediaya məlumatı nazirliyin kadrlar şöbəsinin rəhbəri Hüseyn Xəlilzoda çatdırıb.
İxtisarlar şöbə müdirinin hələ 2020-ci ildə verdiyi əmrə uyğun olaraq həyata keçirilib. Onun əmrinə əsasən, artıq çəkidən əziyyət çəkən işçilər üç ay ərzində fiziki hazırlığa gəlməlidirlər. İşə qayıtmaq istəyənlər xüsusi hazırlanmış fiziki məşqlər proqramına uyğun olaraq hər gün idman zalında qaçır və məşq edirlər.
"Bu müddət ərzində Daxili İşlər Nazirliyi sistemində 20 min əməkdaşın artıq çəki ilə bağlı sorğusu aparılıb. Onların əksəriyyətinin çəkisi normal olub, arıqlamayan 30 əməkdaş isə işdən qovulub. Lakin 3 ay ərzində boylarına görə çəkisini normal həddə çatdıra bilən 13 nəfərin işinə qayıdıb", - deyə Daxili İşlər Nazirliyinin nümayəndəsi izah edib.