Yazını böyüt
Yazını kiçilt
İrlandiyada bir evdə sadəcə sürsümükdən ibarət cəsəd aşkarlayıb.
Hafta.az-ın yazdığına görə, bölgə bələdiyyəsinə bağlı təmizlik işçisinin Kork şəhərinin Mallov qəsəbəsindəki Biçer küçəsində yerləşən bir evə dair xəbər verməsindən sonra polis, illərdir evində ölü olduğu düşünülən bir nəfərin cəsədini ortaya çıxarıb.
Səlahiyyətlilər evin içində son istifadə tarixi 2001-ci il olan ərzaq məhsulu tapdıqları üçün meyitin təxminən 20 ildir evdə olduğunu təxmin edir.
Təhlükəsizlik qüvvələri illər əvvəl öldüyü güman edilən şəxsin ölümündə qətl şübhəsinin olmadığını və ölümün təbii şəkildə baş verdiyini açıqlayıb.
Polisin 20 il əvvəl öldüyü güman edilən şəxsin kimliyi və ailə üzvlərinin tapılması üçün işlərə başladığı bildirilir.