Hər gün yeni ilə bir addım yaxınlaşdıqca 2023-cü ilin moda meylləri də maraq doğurur. Modelyer-dizaynerlərin proqnozlarına görə, yeni ildə təbiətin neytral çalarları ilə unikal harmoniyada olan təzadlı parlaq rənglər, neonlar və metalların sinerjisini əks etdirən geyimlər dəbdə olacaq. Dizaynları ilə hər mövsümə damğasını vuran brendlər qadın duruşunu vurğulayan və qırmızının ən canlı çalarlarını əks etdirən paltar modelləri ilə 2023-cü ilin uçuş zolağında yerlərini almağa başlayıblar.
Bu mövsüm parlaq qırmızı rəngin bütün kombinasiyalarda üstünlük təşkil etdiyi dizaynlar sayəsində bütün diqqəti cəlb edə bilərsiniz. 2000-ci ildə dəbdə olan geyimlər arasında olan alçaq bellər, brendlərin özünəməxsus cizgiləri ilə şərh edilərək bu mövsüm də varlığını davam etdirir. Aşağıbel şalvarları müşayiət edən və şəffaf detalları ilə diqqət çəkən koftalar iddialı görünüşə zəmanət verəcək. Qış havasını əks etdirən tüklü detallar da yeni ildə özünəməxsus havasını qoruyacaq.
Qatlı dizaynlarla yaradılmış eksklüziv üslublar
Bir-birinin ardınca geyinmə tendensiyası 2023-cü ilin geyim modasını qeyri-adi bir ölçüyə çatdıracaq. Şalvarın üzərinə geyilən mini ətəklər, sviterlərin üzərinə geyinilən köynəklər artıq hər zaman fərqli olmaq istəyən modasevərlərin rəğbətini qazanır. Qatlı geyimlər standartlardan kənarda olsa da, mövsüm trendləri arasında öz yerini tutur. Keyfiyyətli brendlərin imzasını daşıyan ətəklər dəri parçalarla yenilənir. Payızın vazkeçilməzləri olan trençkot modelləri sayəsində sərin havalarda həm qorunub, həm də qəşəng olmağın dadını çıxara bilərsiniz.
Gözoxşayan rənglərin təsiri
Ən dəbli geyimlər arasında canlı rənglərin enerjisini əks etdirən dizaynlar var. Zövqlü xanımların vazkeçilməzləri olan dəri gödəkcələr parlaq rəngləri ilə gözoxşayan zəriflik vəd edir. Çiyin xətlərini vurğulayan və dik duruşu dəstəkləyən dəri gödəkcə dizaynları uzun formaları ilə istifadəçilərə təqdim edilir. Daha əvvəl pencəklərdə gördüyünüz tvid parça da bu mövsüm yenilənənlər arasındadır. Fransız modasını təmsil edən tvid gödəkcə paltar modelləri podiumların ən diqqətçəkən dizaynları arasındadır.
Ağ rəngin sağlamlığını əks etdirən dizaynlar
Bu mövsümün marjinal və ağrəngli paltarları qış mövsümündə açıq rənglərə qarşı qərəzləri aradan qaldırır. Soyuq və tutqun havanın mənfi enerjisini qıracaq bu unikal dizaynlarla hər zaman iddialı mövqe tuta bilərsiniz. Klassikdən vaz keçə bilməyənlərin də nəzərə alındığı 2023-cü il geyim dəbində payet detalları və minilər həmişə olduğu kimi diqqət çəkir. Payetlərin gözqamaşdırıcı parıltısını üzərinizdə daşımağın üstünlüyünü təqdim edən qara mini paltarla çılğın hadisələrin ulduzu ola bilərsiniz.
Qalın üst geyimi
Hazırda puffer palto günümüzün ən çox seçilən üst geyim məhsulları arasındadır. Havalar soyumağa başladıqca, artıq ən klassik modelləri vitrinlərdə və ətrafımızda görməyə başlamışıq. Bütün mövsüm istifadə edə biləcəyiniz xilaskar və dəbli parça axtarırsınızsa, tək bir puffer palto ilə bütün kombinasiyalarınızı tamamlaya və gündəlik görünüşünüzə stil əlavə edə bilərsiniz.
Hər mövsüm fərqli bir retro parçanın dəbdə olduğunun şahidi oluruq. Xüsusilə üst geyim məhsullarında retro parçalar tez-tez dəb halını alır və yeni dizaynlarla vitrinlərdə öz yerini tutur. Bu mövsümün ən dəbli retro parçası şübhəsiz ki, yarışçı gödəkçə modelləridir. Rəngarəng, zolaqlı və atletik duruşu ilə seçilən bu parçaları dərhal kəşf etməlisiniz.
Çəhrayı tonlarla qarderobunuza rəng qatın
Bu arada dünyaca məşhur "Pantone" şirkəti hər ilsonunda növbəti ilin əsas rəngini elan edir. 2023-cü ilin əsas rənginin adı "Viva Magenta" adlanır. Bu rəng çəhrayı tonların birləşib qırmızı rəngi yaratmasından əmələ gəlib. "Pantone" onu "qeyri-ənənəvi qırmızı" adlandırsa da, "Pantone" Rəng İnstitutunun vitse-prezidenti Laurie Pressman "Bu iddialı çalardır, lakin aqressiv rəng deyil", – deyə bildirib. Odur ki, 2023-cü ilin moda trendinə ayaq uydurmaq istəyənlərin qarderobunda mütləq çəhrayı tonların birləşməsindən əmələ gələn qırmızı rəngdə geyimlər olmalıdır.